rober kocaryan 1 900x600 1

Ermənistanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti, müxalifətdəki “Ermənistan” blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə MSK-nın yaydığı açıqlamada bildirilir.

Qeyd olunur ki, “Ermənistan” blokundan deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyan barəsində də cinayət təqibinin başlanması ilə bağlı vəsatətlər təqdim olunub.

İyunun 14-də ikinci prezidentin ofisi Robert Köçəryanın Ermənistan hüdudlarından kənara üç günlük səfər planlaşdırdığını açıqlayıb. Məlumata görə, şəxsi xarakter daşıyan bu səfər əvvəlcədən planlaşdırılsa da, gərgin seçkiqabağı kampaniya səbəbindən bir neçə dəfə təxirə salınıb. Daha sonra məlum olub ki, Robert Köçəryanın İrəvandakı “Zvartnots” hava limanından ölkəni tərk etməsinə icazə verilməyib.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, “Ermənistan” bloku parlamentə düşən üçüncü siyasi qüvvə olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: