yoav gallant netanyahu reu 2129062 1

İsrailin müdafiə naziri Yoav Qalant Netanyahu ilə bağlı araşdırmaya ehtiyac olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

O, HƏMAS-ın 7 oktyabr hücumundan irəli gələn nöqsanlarla bağlı hökumətin təhqiqatına çağırıb. Bildirib ki, araşdırma müdafiə naziri olaraq onun özü və rəhbəri Benyamin Netanyahu haqda başlamalıdır.

“Hökumətin araşdırması obyektiv olmalıdır. O, qərar verənləri və icra edənləri, eləcə də hərbçiləri və təhlükəsizlik orqanlarını əhatə etməlidir. Mənə, müdafiə nazirinə qarşı istintaq hərəkətləri həyata keçirilməli, baş nazirlə bağlı araşdırma aparılmalıdır”, – deyə Qalant vurğulayıb.

Qeyd edək ki, Qalantın Qəzza strategiyası ilə bağlı mövqeyi Netanyahu ilə ziddiyyət təşkil edir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: