Paşinyan həbs edilə bilər: Baş Prokurorluğa müraciət olundu

“Milli Öz Müqəddəratını Təyinetmə Birliyi” partiyasının lideri Paruyr Hayrikyan Ermənistanın Baş naziri Nikol Paşinyanın korrupsiya pozuntuları ilə bağlı Baş Prokurorluğa bəyanat göndərib.

Globalinfo.az xəbər verir ki, Hayrikyan bu barədə “Birgə” hərəkatının Paşinyanın istefası tələbi ilə təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib.

“On iki siyasi qüvvə mənə Nikol Paşinyanın korrupsiya əməllərinə dair sübutları Baş Prokurorluğa təqdim etmək səlahiyyəti verib. Baş nazir cinayət sxeminə rəhbərlik edir. Bunun sayəsində son 4 ildə dövlət xəzinəsindən 200 milyon dram (təxminən 500 min dollar) oğurlanıb. Bütün bunlar mütəşəkkil korrupsiyanın növbəti sübutudur”.

Ayrikyan erməni cəmiyyətini bir həftə sonra Baş Prokurorluğun binasının qarşısına toplaşmağa çağırıb. Mitinqin əsas məqsədi Nikol Paşinyanın saxlanılması və sonradan həbsi tələblərini irəli sürməkdir.

Xatırladaq ki, konstitusiya islahatlarının hazırlanması komissiyası 2019-cu ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə yaradılıb. Onun məqsədi 2019-2023-cü illər üçün Məhkəmə-hüquq islahatları Strategiyasına uyğun olaraq konstitusiya dəyişikliklərinin hazırlanmasıdır.

Əliyar Xəlil
Globalinfo.az