Paşinyan hakimiyyətdən getsə, nələr baş verə bilər?

Ermənistanda fikir ayrılıqları pik həddə çatıb. Ölkənin baş naziri Nikol Paşinyana təzyiqlər artır, cəmiyyətdə ixtilaf dərinləşir.

Maraqlıdır, sülh müqaviləsinin imzalanması ərəfəsində bu vəziyyət rəsmi Bakı üçün nə vəd edir? Ermənistan cəmiyyətində çoxtirəlik, parçalanma meyilləri artsa, hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Ermənistanda fikir ayrılıqlarının, Nikol Paşinyan hakimiyyətinə təzyiqlərin artması Azərbaycanın xeyrinə deyil:

Samir Hümbətov

“Hazırda Paşinyan hakimiyyəti Azərbaycanla sülh danışıqlarında maraqlıdır. Başqa qüvvələrin hakimiyyətə gəlməsi isə danışıqların tamamilə pozulmasına səbəb ola bilər. Hətta yeni müharibə ehtimalı da aktualdır.

Ermənistan cəmiyyətində rusyönümlü, iranyönümlü, qərbmeyilli insanlar var. Ümumiyyətlə, Ermənistandan yekdillik gözləmək doğru deyil. Bu ziddiyyətlərin dərinləşməsi və mövcud hakimiyyətin dəyişməsi maraqlarımıza cavab vermir. Köçəryan və Sərkisyanlar hakimiyyətə gələrsə, Azərbaycanla sülhə getməyəcəklər”.

Safura Bənnayeva
Globalinfo.az