“Bəyannamə dəyişdirilməsə, Ermənistanı müharibə gözləyir”

“Azərbaycan tələb edir, Paşinyan yerinə yetirir. Bu güzəştlərin sonu necə olacaq, bilmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Artur Xaçatryan deyib.

Deputat Ermənistan hakimiyyətini marionet adlandırıb.

“Bakı isə İrəvanın heç bir təklifini ciddiyə almır. 1990-cı illərdə Ermənistanın əsası qoyuldu. Müəyyənləşdirilən ilkin prinsiplər müharibəyə səbəb olmadı (?). İndi isə Nikol Paşinyan gəldi və müharibənin baş verməsinə zəmin yaratdı. Müstəqillik Bəyannaməsi dəyişdirilməsə, Ermənistanı müharibə gözləyir”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az