Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Danimarkaya səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Globalinfo.az bildirir ki, Paşinyanın sosial şəbəkə hesabında görüşdən video paylaşılıb.
Liderlərin söhbəti zamanı bir detal xüsusi diqqət çəkib. Belə ki, masada əvvəlcə baş nazirin qarşısında fincan olduğu görünür. Növbəti görüntülərdə isə Azərbaycan Prezidentinin qarşısında iki fincan müşahidə edilir.
Bu, liderlər arasında söhbətin bir qədər uzun çəkdiyini göstərən detal kimi qiymətləndirilir.
Görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az