Paşinyan: Bu məlumatlar yalandır!

“Qarabağda dinc sakinlər arasında kütləvi tələfatın olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O, qeyd edib ki, Qarabağda atəşkəsə ümumilikdə əməl olunur:

Sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlıları Qarabağda qalmaqda davam edir və onların bilavasitə vəzifəsi Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməkdir”, –

“Bəzi rayonlarda rabitədə çətinliklər və yollarda müəyyən problemlər olsa da, ümumilikdə vəziyyət stabildir”, – deyə Paşinyan bəyan edib.