Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Almaniyaya rəsmi səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki səhifəsində məlumat verib.
Bu gün Baş nazirin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Federal Kansleri Fridrix Merz ilə görüşləri olacaq.
Dekabrın 10-da Nikol Paşinyan Hamburqa gedəcək və orada şəhərin meri Piter Çençerlə görüşü nəzərdə tutulub. Baş nazir Hamburq Ticarət Palatasında yerli iş adamları ilə görüşəcək.
Safura Bənnayeva
Globalinfo.az