Paşinyan Azərbaycandakı “qüvvələrə” çağırış etdi: “Müharibə…”

pasinyan yeni 81

“Müharibə olmayacaq, sülh olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan və Azərbaycanda fəaliyyət göstərən qüvvələr son dərəcə məsuliyyətli olmalı, sülhə zidd bəyanatlar verməməlidirlər:

“Sülh sazişinin mətni razılaşdırılıb, onun imzalanmasına heç bir maneə yoxdur. Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəni unudun”.

“Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq”, – deyən Paşinyan eyni vaxtda sülh sazişini və Minsk Qrupu strukturlarının ləğvi ilə bağlı ATƏT-ə müraciəti imzalamağa hazır olduqlarını bir daha vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az