pasinyan 2 1 900x505 2

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasında rolu olan səbəbkarları açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

“Avrasiya İqtisadi İttifaqından olan bəzi həmkarlar Ermənistanın heç kimə faydası olmadığını və heç yerdə xoş qarşılanmadığını bəyan etməklə bu prosesi təhrik ediblər”, – deyə Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu açıqlamaları müsbət qarşılayıb və bundan sonra Aİ ilə yaxınlaşma istiqamətində fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2024-cü ilin avqustunda Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbdə heç kimə lazım olmadığını və orada tezliklə onun unudulacağını bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: