Say artdı, Paşinyan yalvarmağa başladı

“Qarabağdan gələn ermənilərdən azı 300o-i ölkəni tərk edib”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mən bundan hər hansı nəticə çıxarmaq istəmirəm, bəlkə də, çoxu qohumlarının yanına gedir. Lakin həmvətənlərimizi ölkəmizdə qalmağa çağırıram. Ermənistan hakimiyyəti Qarabağdan gələnlərin sosial rifah şəraitinin yaradılması məqsədilə 100 milyon dollardan çox pul ayırıb. Onlar Qarabağa qayıtmasalar belə, ən azından Ermənistanda qalsınlar”, – Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az