K2FH trumptan papa 14 leoya sert sozler boyle bir papa istemiyorum

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun İrana hücumları qınamasını tənqid edib və onu nüvə silahının əldə olunmasını dəstəkləməkdə günahlandırıb.

Tramp Papanı bəyənmədiyini bildirib və onun Tehranın cinayətlərini normal saydığını söyləyib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ prezidentinin Roma Papasını İranla bağlı mövqeyinə görə təhqir etməsi, Xristian dünyasında ona qarşı nifrətin artmasına gətirib çıxaracaq:

“Nəzərə alaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu da ötən həftələrdə İsa peyğəmbər haqqında təhqiramiz ifadələr işlətmişdi.

Qeyd edim ki, yəhudi dini inancı xristianlığı qəbul etmir. Donald Trampın bu açıqlamaları onun nə qədər yəhudi lobbisindən asılı olduğunu göstərir. Ağ Ev rəhbəri Netanyahunu qorumaq üçün Roma Papasını təhqir edir.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

Roma Papası dünyada sülhün və rifahın olmasını arzuladığı, İranla müharibəni doğru hesab etmədiyinə dair açıqlama verib. Papa bütün dövlətlərin və müxtəlif din nümayəndələrinin hörmət etdiyi biridir. Pasxa bayramında onu təhqir etmək bir növ İsrailə və Netanyahuya xidmət mənasına gəlir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: