baydenin mektubu

Hazırkı Amerika lideri Co Bayden ABŞ prezident seçkilərində erkən səs verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda bildirilib ki, Bayden Delaver ştatında səs verib.

Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası artıq 43 milyon amerikalının erkən səs verdiyini bildirib.

“Associated Press”in məlumatına görə, Bayden vitse-prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verməzdən əvvəl təxminən 40 dəqiqə növbədə dayanıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokrat Kamala Harris və respublikaçı Donald Tramp prezident postu uğrunda mübarizə aparacaq.

Paylaş: