Pakistanın yeni baş naziri o oldu – FOTO

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.

Globalinfo.az xəbər verir ki, Pakistan Milli Assambleyasında (parlamentin aşağı palatası) səsvermə proseduru keçirilib.

Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib.

Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi – Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.