tramp putin zelenski 12

ABŞ-ın Ukrayna üçün hazırladığı 28 bəndlik sülh planı ehtimal ki, əvvəlcə rus dilində tərtib edilib. Çünki sənədin ingilis dilindəki versiyasında yöndəmsiz ifadələr yer alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” qəzetinin müxbiri Luke Harding yazıb.

O bildirib ki, bu, xüsusilə planın üçüncü bəndinə aiddir. Mətnin müəllifliyi ilə bağlı suallar yaradan qeyri-müəyyənliklər  də var.

Ağ Ev əvvəllər layihənin ABŞ Prezidentinin elçisi Stiv Vitkov və Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyev tərəfindən hazırlandığını bildirmişdi. Mediada yayılan məlumatlara görə, mətn Mayamidə keçirilən görüş zamanı, Ukrayna və onun Avropa müttəfiqləri prosesə cəlb olunmadan hazırlanıb. Reuters mənbələrinin məlumatına görə, Vaşinqton ABŞ-ın təklif etdiyi sülh planını imzalamaması fonunda Kiyevə silah və kəşfiyyat təchizatını dayandıracağı ilə hədələyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: