49789 4 ru normal

Pakistanda universitet şəhərciyində zorlamaya etiraz edən tələbələrə polis arasında qarşıdurma baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, polis qəzəbli etirazçılara gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.

Məlumata görə, Şərqi Lahor şəhərində zorlama xəbərlərinin sosial mediada yayılması və 4 şəhərdə etirazların başlamasından sonra kollec şəhərciklərində gərginlik artıb.

İğtişaşlar yüzlərlə tələbənin Pəncab əyalətinin Ravalpindi şəhərində kampus qarşısında nümayiş keçirməsi ilə başlayıb. Etirazçılar mebelləri yandırıb, şəhərin əsas yolunu bağlayıb, nəqliyyatın hərəkətini iflic ediblər.

Polisin sözçüsü Məhəmməd Əfzal bildirib ki, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Əksəriyyəti tələbələrdən ibarət olan 250 nəfər ictimai asayişi pozduğuna görə, həbs olunub. Baş verən toqquşmada bir təhlükəsizlik işçisi həlak olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: