Pakistan-İran sərhədində hücum olub? – YENİLƏNDİ

“Tasnim” agentliyinin İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşının öldürülməsi ilə bağlı dərc etdiyi məlumat səhvdir.

Belə ki, agentlik ötən ayın 27-də baş vermiş hadisəni bu gün yenidən saytında yayımlayıb.

***

İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər terror aktı törədib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, silahlı hücum nəticəsində 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.