İlk dəfə! Hacı Şahinlə bağlı bu məlumatı çoxu bilmir – VİDEO

***
11:00

Hərbi reportyor Səxavət Məmməd ötən gün vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı maraqlı bir məlumatı bölüşüb.

Globalinfo.az xəbər verir ki, o, Hacı Şahinin Vətən müharibəsində xidmətindən söz açıb və bu məlumatı ilk dəfə bölüşdüyünü bildirib:

“Ehtimal ki, bu yazdıqlarımdan çoxunun xəbəri yoxdur. Hesab edirəm ki, indi bunları yazmaq olar. Xüsusilə müharibədən əvvəl Hacı Şahinin orduda böyük xidmətləri olub. O, dəfələrlə hərbçilərlə görüşüb, mənəvi-psixoloji cəhətdən onların hazırlanması üçün çıxışlar edib. Başqaları kimi döyüş əhvali-ruhiyyəsinin artırılması üçün boş-boş pafoslu danışmayıb, əsaslandırılmış halda izah edib.  Haqq, ədalət, nə üçün döyüşmək lazım olduğunu hərbçilərə anladıb. Hər şeyi dinə bağlamayıb, dövlətin nə olmasını, niyə torpaqdan vaz keçilməməsini aşılayıb. Şəhadətin nə olmasını izah edə bilmişdi.

Yeri gəlmişkən, hərbçilər arasında da çox ciddi nüfuza və hörmətə sahib olub. Hörməti necə qazanmasına bir misal gətirim. Hərbçilərimiz ağır şəraitdə dağ təlimində olub. Hava yağışlı, yollar keçilməz. Hacı Şahinin gəldiyi maşın palçığa batıb və hərəkət edə bilməyib. Hacı Şahin çətin və palçıqlı yolu piyada qalxıb onların yanına, görüşüb və missiyasını yerinə yetirib”.

Tamerlan Yayaqan
Globalinfo.az