Rusiya Paşinyan haqda qərarını elan edir – Qaramyan

“Rusiya dövləti və hökumətinin mikrofonları Nikolu “satqın” elan etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni separatçı Arşavir Qaramyan deyib.

“Erməni xalqının böyük hissəsi Nikolu “satqın” elan edəndə Rusiyanın hakim siyasi elitası ən yüksək səviyyədə bildirdi ki, satqınlıqdan söhbət belə gedə bilməz”, – A.Qaramyan qeyd edib.

Onun sözlərinə görə, Rusiya Paşinyanla bağlı fikrini dəyişir:

“Rusiya Nikolu satqın elan etməyə hazırdır. Kreml Nikol Paşinyanla siçan-pişik oynamaqdan bezib”.

Tamerlan Yayaqan
Globalinfo.az