Osmanlı və Kavalalı sülaləsindən olan Osman Rifat İbrahim 73 yaşında İspaniyanın paytaxtı Madriddə ürək tutmasından dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Osman Rıfat İbrahimin cənazəsi lazımi prosedurlar tamamlandıqdan sonra İsveçrəyə aparılacaq. O Lozannanın Pulli qəsəbəsindəki qəbiristanlıqda, 1977-ci ildə vəfat edən atası şahzadə Əmr İbrahimin məzarında dəfn ediləcək.
Safura Bənnayeva
Globalinfo.az