Ordumuzun qarşısında “taktiki geri çəkilən” polkovnikin adı yeni qalmaqalda

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyana qarşı ittiham irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

Baş Prokurorluq V.Sərkisyanı 26 hərbçiyə, eləcə də Müdafiə Nazirliyində fəaliyyət göstərən, amma hərbçi olmayan 3 şəxsə iznsiz mənzil verməkdə ittiham edib. Ermənistan mətbuatı Sərkisyanın mənzil verdiyi şəxslər arasında Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovanisyanın da olduğunu yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda müxalifətə qarşı təqiblər güclənib. Belə ki, iqtidar Daşnaksütyun Partiyasının üzvlərinin həbsi ilə bərabər, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı da ittiham irəli sürüb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi polkovnik-leytenant Artsrun Ovanisyan daha çox “taktiki geri çəkilirik” ifadəsi ilə yadda qalmışdı.

İlkin Həsənov
Globalinfo.az