Ordu haqqında dedikləri ona baha başa gəldi…

“Moskvada “Azadlıq Radiosu”nun küçə sorğusunda iştirak edən şəhər sakininə 5 il həbs cəzası verilib”.

Globalinfo.az xəbər verir ki, Yuri Koxoveç adlı Moskva sakini ordu haqqında saxta məlumat yaymaqda ittiham edilib.

Əvvəlcə ona 5 il islah işləri təyin edilsə də, sonradan şəhər prokurorluğu cəzanın həbslə əvəzlənməsini tələb edib.

Qeyd edək ki, Koxoveç 2022-ci ilin yayında “Azadlıq Radiosu”nun keçirdiyi sorğuda respondentlərdən biri olmuşdu. O, sorğuda demişdi ki, “NATO heç kimi işğal etməyə hazırlaşmır, Rusiya özü özünə problemlər yaradır”. Bu sözlərindən sonra ona 2023-cü ilin martında cinayət işi açılmışdı.

Əliyar Xəlil
Globalinfo.az