Oranı bir neçə nəfər işğal edib, başlarındakı şəxs isə… – Səməd Seyidovdan sərt açıqlama

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Avropa Şurası öz anti-Azərbaycan mövqeyindən əl çəkməlidir. Bu baş verərsə, əməkdaşlığımız davam edər”.

Bu sözləri Globalinfo.az-a VI çağırış Milli Məclis deputatı Səməd Seyidov Azərbaycanın üzləşdiyi ikili standartlar səbəbindən Avropa Şurasını tərk etməsi ehtimalları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Avropa və müxtəlif təşkilatları Azərbaycanla əlaqə qurmağa daha çox meyilli və maraqlıdır:

“Bu əməkdaşlıq Avropanın özünə böyük dividentlər gətirə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri, orada əldə edilən razılaşmalar bunun ən böyük sübutudur.

O ki qaldı Avropa Şurası və xüsusilə AŞPA-da daxili  problemlərə, deyə bilərəm ki, bu təşkilat bir neçə siyasi terrorçu tərəfindən işğal olunub. Demək olar ki, AŞPA-da dövlət çevrilişi olub. Bu təşkilata real rəhbərlik edən şəxs ”cənab” Frank Şvabedir.

Frank Şvabe

O, yalnız Azərbaycana qarşı ədalətsiz addımlar atmır, ümumi mənada AŞPA-da demokratik dəyərlərdən danışmaq istəyən hər kəsin üzərindən xətt çəkir. F.Şvabe və ətrafındakı bir qrup şəxs təşkilatda ağalıq edirlər. Nəticə etibarilə AŞPA ciddi böhran içərisindədir.

Rəsmi Bakı bu məsələyə adekvat cavab verib. Onlar öz problemlərini həll etməlidirlər. Biz nə AŞPA, nə də Avropa Şurasını tərk etmək barədə düşünürük. Ümumiyyətlə, bizim hansısa təşkilatdan çıxmaq kimi düşüncəmiz olmayıb. Amma belə qərəzli yanaşmalar gördükcə bu təşkilatla irəli getmək də olmaz”.

Turan Rzayev
Globalinfo.az