Operativ Qərargah məlumat yaydı: Son sutkada…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a veerilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 472 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, aktiv xəstə sayı 467 nəfərdir.

Ölkədə son sutka ərzində 1 266, hazırkı dövrədək isə 7 567 697 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 175 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 956 979, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 408 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 157, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 204, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 010 nəfər təşkil edir.