Onların məqsədi bu dənizi tam tutmaqdır – Rus politoloq

“NATO-nun qarşısına qoyduğu məqsədlərdən biri Baltik dənizini öz daxili sularına çevirmək və Moskvanı ora buraxmamaqdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri rusiyalı rusiyalı politoloq Yuri Svetov deyib.

“Finlandiya əvvəllər bu planlardan təsirlənmirdi, lakin ölkə Şimali Atlantika Alyansına üzv olduqdan sonra bu siyasətin bir hissəsinə çevrilib”, – politoloq bildirib.

Qeyd edək ki, Finlandiya hökuməti noyabrın 18-dən Rusiya ilə sərhəddəki səkkiz keçid məntəqəsindən dördünü bağlamaq qərarına gəlib. Nazirlər Kabineti açıqlayıb ki, qadağa üç ay müddətinə – 2024-cü il fevralın 18-dək tətbiq edilir.

Safura Bənnayeva
Globalinfo.az