WhatsApp Image 2025 11 21 at 11.18.48

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindəki (AQTA) kadr siyasəti unikallığı ilə heyrət doğurur. Belə ki, gənc, təhsilli və peşəkar mütəxəssislər böyük ümidlərlə işə qəbul olunur, lakin qısa müddət sonra səbəbsiz və ya qeyri-şəffaf şəkildə işdən azad edilirlər.

Son illərdə mediada yayılan onlarla fakt bunu təsdiqləyir. İşdən çıxarılan şəxslər “öhdəsindən gəlməmək”, “yeni yanaşma” və ya “islahatlara kölgə salmaq” kimi qeyri-müəyyən bəhanələrlə işsiz qalırlar. Təkcə 2026-cı ildə mediada yayılan məlumatlara diqqət yetirsək, qurumda aparat rəhbəri, sədrin müşaviri, daha sonra isə sektor müdiri vəzifəsində çalışan Elxan Mikayılovun qəfil vəzifəsindən azad edildiyini və buna dair yenə də heç bir səbəbin açıqlanmadığını görərik.

Həmçinin bu qurumun mərkəzi aparatında şöbə müdiri vəzifəsinə yeni təyin olunan Töhfə Cəmilova da bir neçə gün əvvəl “öz xahişi ilə” işdən ayrılıb.

Globalinfo.az-a daxil olan məlumata görə, AQTİ-nin Sahibkarlarla iş departamentinin müdiri Ziyabəddin Hüseynovun və həmin departamentin bir neçə əməkdaşının işdən azad edildiyi  deyilir.

Görünən odur ki, bu sistemdə karyera yolu demək olar ki, bağlıdır. Ali təhsilli, xaricdə təhsil almış gənclər quruma gəlir, işləyir, təcrübə qazanır, daha sonra isə “sistemə uyğunlaşma” tələbi ilə qarşılaşırlar. Beləliklə, ya qohumluq münasibətləri, ya da “sadiqlik testi” ön plana çıxır. Bu meyarlara uyğun gəlməyənlər işdən uzaqlaşdırılır və ya getməyə məcbur edilir, nəticədə onların karyerası zərbə alır. İddialara görə, boş qalan vəzifələrə rəhbər şəxslərin yaxınları gətirilir.

Hər dəfə bu proses ictimaiyyətə “kadr yenilənməsi” kimi təqdim olunur. Reallıqda isə təcrübəli və sahəni yaxşı bilən mütəxəssislərin sistemli şəkildə uzaqlaşdırılması baş verir. Halbuki qida təhlükəsizliyi kimi həssas sahədə bilik və təcrübə əvəzolunmazdır. Bu kadrları ailə vəziyyəti, uzun illərin əməyi və karyerası nəzərə alınmadan “təmizləmək” yalnız bir məqamı ortaya qoyur: rəhbərlik potensial rəqabət yarada biləcək yetişmiş kadrları qəbul etmir və öz mövqeyini qorumağa çalışır.

Nəticədə agentlikdə institusional yaddaş zəifləyir, dövlətin qida təhlükəsizliyi sahəsində nəzarət mexanizminin keyfiyyəti aşağı düşür. Belə kadr siyasəti dövlət qurumunun deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edir. Təcrübəli kadrlara hörmət və stabil kadr siyasəti olmadan bu sahənin inkişafı mümkün deyil.

Qurumun kadr siyasəti bu şəkildə davam edərsə, dövlət strukturlarında karyera qurmaq istəyən gənclərin ümidləri daha da azalacaq.

Fotoda: Töhfə Cəmilova

WhatsApp Image 2026 05 08 at 12.55.22

Fotoda:Elxan Mikayılov

WhatsApp Image 2026 05 08 at 12.54.48 1

Fotoda: Ziyabəddin Hüseynov

WhatsApp Image 2026 05 08 at 12.54.31 1

Leyla Əlisoy
Globalinfo.az

 

Paylaş: