Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 346,8 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 5,2% azalma deməkdir.
Globalinfo.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 3 708,2 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-fevral göstəricisindən 5,9% azdır.
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külək stansiyaları 141,6 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 41,6 dəfə artım deməkdir.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
| Məhsul növləri | 2026-cı ilin yanvar- fevral aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
| Elektrik enerjisi, mln. kVt.s | 4 346,8 | 94,8 |
| ondan əmtəəlik | 4 212,1 | 95,1 |
| istilik elektrik stansiyalarının istehsalı | 3 708,2 | 94,1 |
| su elektrik stansiyalarının
istehsalı |
276,8 | 67,9 |
| külək elektrik stansiyalarının istehsalı | 141,6 | 41,6 d. |
| günəş elektrik stansiyalarının istehsalı | 42,7 | 98,6 |
| biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki | 42,8 | 128,9 |