Ölkə spikerin bu biabırçı görüntülərindən danışır

simonyan 9

Ermənistan mediasında parlamentin spikeri Alen Simonyanın pornoqrafik görüntüləri yayılıb. Bildirilir ki, o, hətta siyasətdə olanda da bu cür filmlərə çəkilib. Belə bir filmə çəkilən adamın dövlət idarəçiliyində olması nə dərəcə doğrudur?

Düzdür, Ukrayna prezidenti Volodimir Zelenski də aktyordur. Amma o, normal komediya filmlərinə çəkilib. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan da aktyorluqdan siyasətə gəlib. Lakin Simonyan kimi pornoaktyor olmayıblar.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, əslində hər şey cəmiyyətin qəbul etməsindən asılıdır.

Deputatın sözlərinə görə, Ermənistanda yeganə ad çıxaran şəxs Simonyan deyil:

fazil 2

Fazil Mustafa

“Erməni siyasətçi Anastan Mikoyan da Simonyan kimi filmlərə çəkilməsə də, başqa cür ad çıxarmışdı. Ona görə erməni ənənəsində bu, adi bir məsələdir. Buna çox da namus və ya pozğunluq məsələsi kimi yanaşılmır. Çünki cəmiyyət özü bütövlükdə bu cür addımlara normal baxır. Erməni ənənəsində belə şeylər sadə qarşılanır. Yəqin ona görə də o, siyasətdə rahat yer ala bilir”.

F.Mustafanın fikrincə, əslində, Şərq cəmiyyətlərində, başqa mühitlərdə bu, müqavimət göstəriləcək bir hadisədir:

“Amma əgər cəmiyyət qəbul edirsə, müəyyən dərəcədə onun dövlət idarəçiliyində başa çıxarılmasını təmin edirsə, deməli, cəmiyyətin çoxluğu özü də bu dəyərlərin daşıyıcısıdır. Erməni xarakteri budur. Onlar çox vaxt qadınları vasitəsilə kimlərinsə ələ alınması, qadınlarının tanınmış adamlarla ailə qurması yolu ilə siyasətə təsir göstərirlər və bu, bilinən adi haldır. Yəqin yayılan görüntülər həmin adi hallardan biridir”.

Zaira Akifqızı
Globalinfo.az