Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində “Nissan” markalı avtomobil aşıb.
Globalinfo.az xəbər verir ki, qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Qəza zamanı xəsarət alan 59 yaşlı Xalis Abiddin oğlu Babayev isə həkimlərin səyinə baxmayaraq, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.