“O heykəlin önündə qəribə və təhlükəli hadisə baş verdi” – VİDEO

“Yanvarın 1-də Njdenin doğum günündə onun heykəlinin qarşısında qəribə və son dərəcə təhlükəli hadisə baş verdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

O bildirib ki, söhbət bir qrup insanın faşist simvolları ilə aksiya keçirməsindən gedir.

“Hadisəni törədənlər kimlərdir, aksiyanın arxasında kimlər durur və konkret məqsəd nə idi? Həmin aksiyadan sonra Azərbaycan-Türkiyə təbliğat maşını Njdenin faşist ideyalarını qabartmağa çalışdı.

Yenə deyirəm, aksiyanın təşəbbüskarlarını tanımıram, əsl motivlər, məqsədlər bir yana qalsın, amma təhdid göz qabağındadır”, – deyə Abramyan Njdenin “imicinə zərbə vurulduğunu” iddia edib.

Qeyd edək ki, Qaregin Njde də digər erməni cəlladları kimi uşaq qatili olub və faşist ideyaları ilə yaşayıb.

Bir qədər əvvəl İrəvanda erməni neonasistlər Qaregin Njdenin heykəlinin önünə yürüş ediblər və “xatirəsini anıblar”.