“O, ABŞ üçün ən böyük təhlükədir” – Bayden

“Hesab edirəm ki, Donald Tramp ABŞ demokratiyası üçün ən böyük təhlükədir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden Trampın prezidentlik üçün keçirilən anket sorğularında ən yüksək səsləri toplamasına münasibət bildirib:

“Tramp deyir ki, ölkə üçün əsas təhlükə sərhəddən ABŞ ərazisinə sızan cinayətkarlardır. Düşünürəm ki, o özü demokratiyamız üçün ən böyük təhlükədir. Mən əminəm ki, seçkilərdə biz uğur qazanacağıq. İctimai rəy sorğularına isə önəm vermirəm. Bu sorğuların indiki mərhələdə heç bir rol oynamadığını düşünürəm”.

Ayşən Mustafa
Globalinfo.az