Suren sarkisyan

Qərb dünyası istəyir ki, Avropanın problemləri dünyanın problemləri olsun.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Suren Sərksiyan deyib.

“Mövcud dünya nizamı çatlayıb, amma hələ dağılmayıb. Yeni dünya nizamı yolda olsa da, doğulmağa tələsmir. Başqa sözlə, dünya nizamı de-fakto dəyişsə də, de-yure hələ də İkinci Dünya müharibəsi və SSRİ-nin dağılmasından sonrakı vəziyyət qalmaqda davam edir. Qlobal supergüclərin fəaliyyəti nəticəsində Türkiyə, Hindistan, Pakistan və digər regional güclər aktivləşirlər”, – o bildirib.

Sərkisyan artıq Qarabağ məsələsinin dünya ictimaiyyəti üçün maraq kəsb etmədiyini deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: