İsrailin Baş naziri Benyamin Netanyahunun keçmiş mətbuat müşaviri Nir Hefetz onun siyasi gələcəyi və hakimiyyətdən getdikdən sonra qarşılaşa biləcəyi çətinliklərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə 103 FM radiosuna müsahibəsində bildiribş.
Hefetz qeyd edib ki, Netanyahu baş nazir vəzifəsini itirməkdən və müxalifətə keçməkdən ciddi şəkildə qorxur. Onun sözlərinə görə, bu qorxu hökumət başçısının qəbul etdiyi qərarlara birbaşa təsir göstərir.
Keçmiş müşavir qeyd edib ki, Netanyahu üçün hakimiyyəti itirmək sadəcə siyasi mövqeyini dəyişmək demək deyil, həm də gündəlik həyatında ciddi dəyişikliklərə səbəb olacaq.
Hefetzin fikrincə, Netanyahu baş nazir postunu tərk etdikdən sonra əvvəlki təhlükəsizlik və nəqliyyat imtiyazlarından da məhrum ola bilər.
O, həmçinin hökumət başçısının hazırda sahib olduğu xüsusi mühafizə, vertolyot və dövlətə məxsus təyyarə ilə səfər imkanlarını itirmək ehtimalına diqqət çəkib.
Keçmiş müşavir Netanyahunun hakimiyyətdən getdikdən sonra şəxsi həyatında da çətinliklərlə üzləşəcəyini vurğulayıb.
Hefetzin sözlərinə görə, Netanyahu üçün hakimiyyəti itirmək qorxusu onun siyasi davranışını müəyyənləşdirən əsas amillərdən biridir.
Tahir Turan
Globalinfo.az