İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Görüşün saat 11:00-da olacağı bildirilir.
Məlumata görə, iclas məhdud çərçivədə keçiriləcək və sadəcə bir neçə nazir iştirak edəcək.
Qeyd edək ki, ötən gecə İsrail və İran arasında qarşılıqlı hücumlara yenidən başlanılıb.
Əliyar Xəlil
Globalinfo.az