
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi üçün Məhkəməyə qədər Palataya müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məhkəmə purokuroru K.Xan özü bəyanat yayıb.
Müraciət sənədində qeyd edilir ki, toplanmış sübutlara əsasən prokurorların hər iki şəxsin “ən azı 2023-cü il oktyabrın 8-dən Fələstin ərazisində (Qəzza zolağında) hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə cavabdeh olduqlarına” inanmaq üçün əsaslı əsasları var.
Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Fələstinin HƏMAS qruplaşmasının üç liderinin həbsinə order verilməsini istəyib.
Ayşən Mustafa
Globalinfo.az