ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara dair səsləndirdiyi rezonans doğuran bəyanatdan sonra İsrailin baş naziri Benyamin Netanyahu hərəkətə keçib. O, “Şir nərəsi” əməliyyatı çərçivəsində növbəti addımları müzakirə etmək üçün koalisiya liderləri və təhlükəsizlik strukturlarının rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail hökumətinin başçısı ABŞ–İran danışıqlarının nəticələrini və bunun münaqişənin gedişinə təsirini dəyərləndirmək məqsədilə koalisiya partiyalarının liderlərini bir araya toplayıb.
Netanyahu bu gün də təhlükəsizlik qurumlarının rəhbərləri ilə məsləhətləşmələrini davam etdirib.
Yüksək vəzifəli İsrail rəsmilərinin qiymətləndirməsinə görə, Tramp müharibəni danışıqlar yolu ilə başa çatdırmağa çalışır. Bununla belə, İsraildə mövcud ssenarinin real olub-olmaması ilə bağlı ciddi şübhələr qalır. Çünki İran hələlik ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməyə hazır görünmür.
Əliyar Xəlil
Globalinfo.az