İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Cənubi Sumatra əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların ocağı 54 km dərinlikdə yerləşib.

Dağıntı və ölənlər barədə məlumat yoxdur.