Netanyahu tapşırıq verdi : “Rafah əməliyyatı Ramazan ayına qədər bitməlidir”

“İsrail ordusunun Rafahdakı əməliyyatı Ramazan ayının əvvəlinə qədər tamamlanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

İsrailin baş naziri hərbçilərə Rafahdan əhalinin təxliyəsini planlaşdırmağı tapşırıb. Bundan başqa Netanyahu İsrail Müdafiə Qüvvələrinin tezliklə HƏMAS-ın son qalası olan Rafaha daxil olacağını vurğulayıb.

BMT-nin məlumatına görə, Rafahda 1,3 milyondan çox insan yaşayır və onların əksəriyyəti Qəzzanın digər bölgələrindən didərgin düşən şəxslərdir.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik təşkilatın şəhərdəki mülki əhalinin taleyindən son dərəcə narahat olduğunu dilə gətirib.

Əliyar Xəlil
Globalinfo.az