images 4

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərinin ordunun nəzarətində olan şərq hissəsində yenidənqurma işlərinin başlanmasına razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qeyd olunur ki, sözügedən ərazidə əsas infrastrukturun qurulması və müvəqqəti yaşayış məntəqələrinin yaradılması nəzərdə tutulur.

Layihənin Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçiriləcəyi bildirilir. Netanyahuya aid ofisdən qeyd olunub ki, işlərin aparılacağı ərazi HƏMAS-a məxsus infrastrukturdan təmizlənib.

Açıqlamada həmçinin vurğulanıb ki, tikinti və yenidənqurma prosesi İsrail Müdafiə Qüvvələrinin ciddi nəzarəti altında həyata keçiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: