Netanyahudan Ordu və MOSSAD-a qadağa

“Qəzzada davam edən quru əməliyyatları İsrail hakimiyyətinin gözlədiyi qədər uğurlu olmadı və ölkədə narazılıqlar artıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail KİV yazıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanhayu ordu və kəşfiyyat rəhbərlərinin müharibənin idarə olunmasında dəyişiklik üçün müzakirə tələbini rədd edib.

İddialara görə, İsrail ordusunun Baş Qərargah rəisi, MOSSAD və ölkənin daxili təhlükəsizlik xidməti “Şin Bet”in rəhbərləri Netanyahu ilə görüşüb iclas keçirmək istəyiblər, lakin baş nazir razı olmayıb.

Hətta özünün iştirakı olmadan ölkənin müdafiə nazirinin MOSSAD rəhbəri ilə görüşüb danışmasını qadağan etdiyi qeyd olunur.

Ayşən Mustafa
Globalinfo.az