İsrailin Baş naziri Benyamin Netanyahunu istefaya çağıranların sayı artır.
Globalinfo.az xəbər verir ki, bu dəfə İsrail ordusunun keçmiş baş qərargah rəisi Qadi Ayzenkot ona çağırış edib.
Ayzenkotun sözlərinə görə, Netanyahu və hazırkı hərbi rəhbərlik İsrail dövlətinin yaranmasından bu yana yol verilən ən böyük səhv üçün məsuliyyət daşıyırlar:
“Buna görə hər kəs – diviziya komandirindən tutmuş baş nazirinə qədər öz işini bitirməli və istefaya getməlidir”.
O bildirib ki, HƏMAS-ın əlindəki israilli girovların qaytarılması ölkənin əsas prioriteti olmalıdır. O, artıq girovlarının vaxtlarının qalmadığını deyib.
Qeyd edək ki, bundan öncə İsrailin müxalifət liderlərindən Yair Lapid də Baş nazir Benyamin Netanyahunu istefaya səsləmişdi.
Əliyar Xəlil
Globalinfo.az