Netanyahu xalqa müraciət etdi

İsrail İranın birbaşa hücumuna hazırdır və buna cavab verəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.

O bildirib: “Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq. İsrail dövləti, ordusu, ictimaiyyət güclüdür”.