Netanyahu bundan imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu girovları azad etmək üçün ABŞ-ın HƏMAS ilə razılaşdığı razılaşmadan imtina edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Seymur Herş mənbələrə istinadən məlumat yayıb.

“ABŞ-ın tələbi 71 girovun azad edilməsini nəzərdə tuturdu. Bu hesabla bağlı razılıq əldə olundu, lakin HƏMAS müharibənin beş günlük dayandırılmasını israr etdi. Bu, Netanyahu tərəfindən dərhal rədd edildi”, – Herş bildirib.