Nənələrinin küçəyə atdığı körpələrdən xəbər var – YENİLƏNİB

Həmin uşaqlar barədə məlumat müvafiq e-sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqlar müayinə olunmaları üçün Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.

Globalinfo.az-ın xəbərinə görə, agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müayinə prosesi bitib və azyaşlılar bu gün Bakı şəhərində yerləşən körpələr evinə yerləşdirilib.

***10:39

Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 2 yaşlı oğlan və 3 aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıb.

Xatırladaq ki, Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.