Neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1242 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 933 917, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 397 866, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 831, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 513, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 707 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb