nazperi 1

Nazpəri Dostəliyeva konsertlərində istifadə etdiyi geyimləri satışa çıxardacaq.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, ifaçı 1996-cı ildən bu günə qədər istifadə etdiyi ekskuliziv geyimləri nümayiş etdirərək satışını həyata keçirəcək.

Xalq artisti bu barədə “Qonaqcanlı” verilişində danışaraq bildirib:

“Bəzi konsertdə, klipdə geyindiyim geyimləri aksioma çıxardacam. Belə bir fikrim var. Çünki 1 deyil, 2 deyil. “Nə olar, Allahım, ayırma bizi” klipimdə istifadə etdiyim bir neçə geyimim də orada olacaq. Hamısı ekskulizivdir. İkinci versiyası yoxdur. Fikrim var ki, satışa çıxarım”.

Paylaş: