Dövlət Bayrağı Günü ilə bağlı daha bir müəssisənin paylaşımı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, “Referans klinikası”nın sosial şəbəkə hesabındakı paylaşımda Azərbaycan Bayrağı 10 guşəli təqdim olunub.
***
Mədəniyyət Nazirliyinin 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, nazirliyin rəsmi sosial şəbəkə səhifəsində təqdim olunan poster müzakirələrə səbəb olub.
Görüntüdə Azərbaycan Bayrağının üzərində 7 guşəli ulduz əks olunub. Lakin üçrəngli bayrağımızın üzərində aypara və 8 guşəli ulduz qeyd edilməlidir.
Sözügedən paylaşım sosial şəbəkələrdə narazılığa səbəb olub.