3e679785 6467 37a0 b3d0 dd9b574da73b 850

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə doqquz tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

912efe92 54ec 3733 9d36 3e7b5d5c3e3a

Paylaş: