Nazirlikdən Namiq Qaraçuxurlu ilə bağlı suala cavab – FOTO

Xəbər verdiyimiz kimi dünən Bakıda Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun açılış mərasimi olub. Forumun rəsmi qonaqları arasında meyxanaçı Namiq Qaraçuxurlunun iştirakı bəzi media nümayəndələrində suallar yaradıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu suallara cavab olaraq, Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova öz sosial şəbəkə hesabında açıqlama verib:

“Dünən ölkədə ilk dəfə keçirilən Musiqi Forumunda Namiq Qaraçuxurlunun iştirakı bir çox adamda sual yaradıb və dünəndən mənə neçə nəfər yazıb, hamıya bir-bir yazmaq olmur deyə istədim bu məqamları cavablandırım.

Namiq Qaraçuxurlu forumda ekspert ve moderator kimi iştirak etsəydi və səhnədən sualları cavablandırsaydı siz deyən idi, o, orda musiqi ilə məşğul olan 600 nəfər qonaqdan biri idi.

Musiqi forumu- elmi praktik konfrans və ya elmi simpozium deyil, Musiqi forumu – müzakirə platformasıdır və musiqinin bütün janrları ilə məşğul olan hər kəs iştirak edib, onu narahat edən sualları verə bilər.

Yeri gəlmişkən, Namiq Qaraçuxurlu ilə yaxın əyləşmişdim deyə şəxsən deyə bilərəm ki, Namiq Qaraçuxurlu forum zamanı öz telefonu ilə məşğul olmurdu, yanındakılarla söhbət etmirdi, çıxıb foyedə gəzmirdi, bütün çıxışlara diqqətlə əvvəldən sona qədər qulaq asırdı “, – deyə o bildirib.