Nazirlik bura kamera yerləşdirib, bizi izləyir – Müğənnilər danışdı

Zaman-zaman gündəmə gələn, müzakirə olunan məsələlərdən biri də şou-biznes nümayəndələrinin aylıq qazancları və bunun müqabilində nə qədər vergi ödəmələridir.

Globalinfo.az sözügedən mövzu ilə bağlı müğənnilər arasında keçirilən sorğunu təqdim edir:

Xalq artisti Bilal Əliyev: “Toylara getdiyim gündən vergi ödəyirəm və hər üç aydan bir hesabat verirəm. Məhərrəmlik və Ramazan aylarında ümumiyyətlə toy olmadığı üçün vergi ödəmirəm. Qış aylarında da toylar çox az olur. Vergilər Nazirliyi tərəfindən şadlıq evlərinin hamısına kamera yerləşdirilib. Hansı müğənni harada toy məclisində olursa, nazirliyin ondan xəbəri olur. İşləyib pul qazanırıqsa, vergi də ödəməliyik. Düzü, artıq əvvəlki qədər toy olmur”.

Manaf Ağayev: “Artıq 30 ildir ki, vergi ödəyirəm. Verginin məbləği isə getdiyimiz toyun sayından asılı olur”.

Şəbnəm Tovuzlu: “Uzun illərdir, vergi ödəyicisiyəm. VÖEN də açdırmışam. Hər şey qanuna uyğun edilir”.

Mətanət Əsədova: “Mən qərar qəbul olunan ilk gündən vergi ödəyirəm. Hətta əvvəllər gəlib toy məclislərini yoxlayırdılar. İndi də ödəyirəm, amma toyların sayı azalıb”.

Zamiq Hüseynov: “Mən sənətə gəldiyim ilk gündən vergi ödəyirəm. Hər şey qanunidir”.

Zarina
Globalinfo.az